Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mərkəzi Bank dörd ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Mərkəzi Bank dörd ödəniş təşkilatına icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunda “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” MMC-lərə icrası məcburi göstərişlər verib.

Banker.az AMB-yə stinadən xəbər verir ki, “Global İnnovations” MMC-yə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddəsinə əsasən məcmu kapitalın minimum məbləği və digər normativ tələblərin pozulmasının aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.

“United Payment” MMC-yə isə “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə uyğun olaraq, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması barədə göstəriş verilib.

“Baku Pay” MMC-yə “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi, daxili nəzarət, daxili audit və risklərin idarə edilməsi sistemlərindəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstəriş verilib.

“Fizza Pay” MMC-yə isə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi, daxili audit və risklərin idarə edilməsi istiqamətində kadr potensialının gücləndirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Son xəbərlər
Bütün xəbərlər »