ABŞ-ın Dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasından 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmır. Bu, hazırkı ABŞ vitse-prezidenti Ceyms Devid Vens namizədliyini irəli sürmək niyyətini ifadə edərsə, baş verə bilər.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət katibinin ətrafındakı mənbələrə istinadən "Associated Press" (AP) məlumat yayıb.
Məlumata görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə Vensə yol vermək niyyətində olduğunu bildirib. AP qeyd edir ki, Dövlət katibi və eyni zamanda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifələrini icra edən Rubio son aylarda administrativ mövqelərini xeyli gücləndirib, Ağ Evin Milli Təhlükəsizlik Şurasında öz tərəfdarlarını mühüm vəzifələrə gətirib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp “Fortune” jurnalına verdiyi müsahibədə 2028-ci il seçkilərində qalib gələrsə, “Amerika əvvəlcə” siyasətini davam etdirəcək mümkün varisi barədə sualı cavablandırmaqdan imtina etmişdi. ABŞ mediası isə dəfələrlə Rubio və Vensi Respublikaçıların əsas namizədləri kimi göstərib və onların iki il sonra prezidentlik uğrunda mübarizəyə qoşula biləcəyini yazıb.
Bizimyol.info






