ABŞ-da aparılan yeni araşdırma süni intellekt və “deepfake” texnologiyalarının dələduzlar tərəfindən istifadəsinin ciddi miqyas aldığını üzə çıxarıb.
Bizimyol.info xəbər verir ki, hesabata əsasən, dələduzluq hallarının təxminən 12 faizində artıq süni intellekt texnologiyalarından istifadə edilir.
Yanvar və fevral aylarında 5 173 yetkin şəxs arasında aparılan sorğunun nəticələri ABŞ əhalisinin təxminən 6 faizinin – yəni 15 milyon insanın – ötən il dələduzluq qurbanı olduğunu ortaya qoyur. Mütəxəssislər bildirir ki, real rəqəm daha yüksək ola bilər. Çünki süni intellektlə edilən fırıldaqları aşkar etmək çox çətindir.
Hesabata əsasən, dələduzlar ən çox saxta veb-saytlardan istifadə edir. Bu üsul halların 40 faizini təşkil edir. Telefon zəngləri, SMS və elektron poçtlar isə ümumi fırıldaq hadisələrinin təxminən yarısında istifadə olunur.
Araşdırma göstərir ki, təşkilatlanmış cinayət şəbəkələri texnologiyadan daha geniş şəkildə yararlanır. Süni intellekt onlara daha inandırıcı saxta mesajlar, səs yazıları və görüntülər hazırlamağa imkan verir.
Rəsmi məlumatlara görə, ötən il dələduzluq nəticəsində ABŞ-da 68 milyard dollar maliyyə itkisi baş verib. Bu rəqəm qlobal miqyasda böyük bir aviaşirkətin illik gəliri ilə müqayisə edilir.
Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellektin inkişafı ilə fırıldaqçılıq daha da mürəkkəb dələduğluq edə bilər. İstifadəçilərə isə şübhəli linklərə daxil olmamaq və şəxsi məlumatlarını paylaşmamaq tövsiyə olunur.
Bizimyol.info






