Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibi: “Gecələr məni yatmağa qoymayan əsas məsələ Rusiyadır”
NATO baş katibi: “Gecələr məni yatmağa qoymayan əsas məsələ Rusiyadır”

NATO-nun baş katibi Mark Rutte Rusiyanı alyans üçün əsas uzunmüddətli təhlükə adlandırıb və bu səbəbdən gecələr rahat yata bilmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə səsləndirib. Müsahibə NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammiti ərəfəsində yayılıb.

Mark Rutte deyib ki, gündəlik həyatında adətən normal yatmağa çalışsa da, onu ən çox narahat edən məsələ Rusiyadır. O, həmçinin Çinin sürətlə hərbi gücünü artırdığını qeyd edərək, 2030-cu ilə qədər təxminən 1000 nüvə başlığına sahib ola biləcəyini bildirib. Rutte bu səbəbdən NATO-nun həm Rusiya, həm də Çin məsələsində “sadəlövh olmamalı” olduğunu vurğulayıb.

NATO rəhbəri əlavə edib ki, alyansın əsas prioritetlərindən biri Ukraynaya dəstəyin davam etdirilməsidir. Onun sözlərinə görə, bu dəstək həm siyasi, həm də hərbi sahədə davam etməlidir.

NATO baş katibi sammitdən gözləntilərini də bölüşüb. O, tədbirdən sonra iştirakçıların öhdəliklərin yerinə yetirildiyini deməsini arzuladığını bildirib. Bu öhdəliklər əsasən müdafiə xərclərinin artırılması və hərbi sənaye potensialının gücləndirilməsi ilə bağlıdır.

Rutte qeyd edib ki, hazırda bəzi ölkələrdə bu istiqamətdə müsbət irəliləyiş var. Onun sözlərinə görə, NATO-nun əsas hədəflərindən biri də müdafiə sənayesində istehsalın artırılmasıdır. Bu mövzu Ankarada keçiriləcək Müdafiə Sənayesi Forumunun da əsas gündəmi olacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »