Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vens: Roma Papasının miqrasiya siyasəti ilə bağlı mövqeyi ABŞ-da narahatlıq doğurur
Vens: Roma Papasının miqrasiya siyasəti ilə bağlı mövqeyi ABŞ-da narahatlıq doğurur

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Roma Papası XIV Leonun miqrasiya məsələləri, xüsusilə də ABŞ ilə bağlı mövqeyinin narahatlıq yaratdığını bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri "Fox News" kanalına verdiyi müsahibədə səsləndirib. Vens qeyd edib ki, Vatikanın miqrasiya ilə bağlı bəzi bəyanatları ilə razılaşmır.

“Vatikanın miqrasiya məsələlərinə dair bəzi açıqlamaları narahatlıq doğurur. Nəticə etibarilə onlarla razı deyiləm”, – deyə o bildirib.

Vitse-prezident həmçinin katolik olduğunu xatırladaraq, kilsə rəhbərləri ilə müzakirələrində ABŞ-ın miqrasiya siyasətini izah etməyə çalışdığını deyib. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə düşmənçilik mövqeyi tutmur, lakin kütləvi miqrasiyanın mənfi nəticələri nəzərə alınmalıdır.

“Onlara deyirəm ki, biz bu məsələdə düşmən münasibət göstərmirik. Mən dialoqa çağırıram, amma eyni zamanda kütləvi miqrasiyanın mənfi nəticələri olduğunu da xatırladıram”, – deyə Vens əlavə edib.

Xatırladaq ki, Papa XIV Leon daha əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasının anti-miqrasiya siyasətini tənqid edib və Vaşinqtonu miqrantlara qarşı yanaşmasını yumşaltmağa çağırıb. Pontifik həmçinin bu siyasətin həyata keçirilməsində həddindən artıq sərt metodlardan istifadə olunduğunu bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »