Bizimyol.info xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə müsahibəsində danışıb.
Borrellin sözlərinə görə, Avropa Komissiyası Avropa İttifaqı adından çıxış etmir və yalnız özünü təmsil edir. O, Komissiyanın Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) səlahiyyətlərini ələ keçirməyə çalışdığını iddia edərək, bu tendensiyanın institusional balansı pozduğunu vurğulayıb.
Keçmiş diplomat Misir və Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsanın İsrailə səfərini nümunə göstərib. Onun sözlərinə görə, həmin səfər üçün lazımi səlahiyyətlər mövcud olmayıb, xüsusilə də İsrailin Aİ-nin xarici siyasət rəhbərinin ölkəyə girişini qadağan etdiyi bir vaxtda belə addımların atılması vəziyyəti daha da gərginləşdirib.
Borrell həmçinin Aİ-nin müdafiə siyasətində də institusional gərginliklərin artdığını qeyd edib. O, müdafiə məsələləri üzrə Avropa komissarı Andryus Kubilyusun təyinatını tənqid edərək, Avropa Komissiyasının “gizli Pentaqon” roluna iddia edə bilməyəcəyini bildirib.
Məlumatlara görə, Şuitsanın İsrailə səfərinin əsas məqsədi Qəzza zolağı ilə sərhəddə yardım missiyalarının – "EUBAM Rafah" və "EUPOL COPPS" proqramlarının müddətinin uzadılması olub. Bundan əvvəl İsrailin xarici işlər naziri Qideon Saar Aİ diplomatiyasının rəhbəri Kaya Kallasla əlaqələri kəsdiyini açıqlamışdı. O, Kallasın İsraili aparteid dövrü Cənubi Afrikası ilə müqayisə etməsini tənqid etmişdi.
Bizimyol.info






