Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada müharibədən yorğunluq artır, Putin isə “paralel reallıqda” yaşayır - "FT"
Rusiyada müharibədən yorğunluq artır, Putin isə “paralel reallıqda” yaşayır - "FT"

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəyə tam fokuslanıb və yalnız maksimalist şərtlərlə nəticə əldə etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

Nəşrin məlumatına görə, ölkə daxilində artan narazılığa baxmayaraq, Kreml rəhbəri müharibənin Rusiya üçün qələbə ilə bitəcəyini israrla bəyan edir.

Məqalədə qeyd olunur ki, son sorğulara əsasən, Putinə etimad səviyyəsi 69 faizə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı göstəricidir. Moskvalı politoloq Andrey Kolesnikov bildirib ki, prezidentin əhali üçün verdiyi arxayınlıq mesajları artıq “mantra” kimi səslənir və reallıqla uzlaşmır.

Ekspertin sözlərinə görə, Putin Ukraynanın atəşkəs təkliflərini rədd etməklə sülh üçün bütün variantlardan imtina edir. O, bunun Kreml liderinin kompromisə getməyəcəyinin göstəricisi olduğunu vurğulayıb.

Kolesnikov həmçinin qeyd edib ki, Rusiya cəmiyyətində müharibədən yorğunluq artıq qəzəbə çevrilir, lakin bu narazılıq açıq şəkildə ifadə oluna bilmir. Onun sözlərinə görə, insanlar internet məhdudiyyətləri və yanacaq qıtlığı kimi problemlərlə “sadəcə yaşamağa çalışırlar”.

Məqalədə bildirilir ki, Kreml Putini hakim “Vahid Rusiya” partiyası ilə daha sıx əlaqələndirməyə başlayıb və bu partiya uzun fasilədən sonra yenidən “prezident partiyası” adlandırılıb.

Bəzi analitiklər bu addımı Putinin siyasi təcridinin güclənməsi kimi qiymətləndirirlər. Rusiya blogeri İvan Filippov isə hazırkı vəziyyəti “paralel reallıq” adlandıraraq ölkədə iqtisadi və hərbi böhranın dərinləşdiyini bildirib.

Eyni zamanda, hərbi analitiklər Ukraynanın Rusiya infrastrukturuna zərbələrinin Kreml üçün ciddi risk yaratdığını və müharibənin gedişinə təsir edə biləcəyini qeyd edirlər. Bəzi Qərb nəşrləri isə Putinin hakimiyyətdə qalma müddəti ilə bağlı müxtəlif ssenarilərin müzakirə olunduğunu yazır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »