Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror Netanyahunun işi üzrə iclasının keçirilməsinin çətin olduğunu etiraf edib
Prokuror Netanyahunun işi üzrə iclasının keçirilməsinin çətin olduğunu etiraf edib

İsrailin Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə dövlət ittihamçısı Yehudit Tiroş müdafiə tərəfinin həftədə beş məhkəmə iclasının keçirilməsinin faktiki olaraq mümkün olmadığı barədə mövqeyi ilə razılaşıb.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, belə bir məhkəmə qrafiki həm ittiham, həm də müdafiə tərəfi üçün həddindən artıq iş yükü yaradır.

"Beş gün ardıcıl məhkəmə iclası keçirmək həm ittiham, həm də müdafiə komandası üçün çox çətin, demək olar ki, yerinə yetirilməsi mümkün olmayan bir vəzifədir", – deyə Tiroş Ynet nəşrinə bildirib.

O əlavə edib ki, hazırda tətbiq olunan həftədə dörd iclas rejimi belə, ittiham tərəfini qanunla müəyyən edilmiş iş vaxtı məhdudiyyətlərini aşmağa məcbur edir.

Prokurorun bu açıqlaması Netanyahunun vəkili Amit Hadadın məhkəmə iclaslarının sayının artırılmasına etiraz etməsindən sonra səslənib. Vəkil bildirmişdi ki, işə sürətləndirilmiş qaydada baxılması müdafiənin tam və effektiv şəkildə həyata keçirilməsini çətinləşdirir.

Bundan əvvəl həftədə beş məhkəmə iclasının keçirilməsi təklifi müdafiə tərəfinin kəskin etirazına səbəb olmuşdu. Müdafiə tərəfi bu qədər intensiv məhkəmə prosesini tarixdə ən mürəkkəb məhkəmə araşdırmaları ilə müqayisə etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »