ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner İran nümayəndələri ilə danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya səfər edəcəklər.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Xatırladaq ki, iyunun 29-da ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların iyunun 30-da Qətərin paytaxtı Dohada keçiriləcəyini açıqlamışdı.
"İran bu həftə görüş keçirilməsini xahiş edib. Buna görə də xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşner yüksək səviyyəli görüşlərdə iştirak etmək üçün Dohaya yollanacaqlar", – deyə Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dohada yüksək səviyyəli görüşlərlə yanaşı, texniki danışıqlar da aparılacaq.
Bizimyol.info






