Almaniya kansleri Fridrix Merz ölkədə iş yerlərinin kütləvi şəkildə ixtisarına və əhalinin rifah səviyyəsinin aşağı düşməsinə görə tarixə düşəcək.
Bizimyol.info xəbər verir ki, bu fikri BSW (keçmiş "Sara Vagenknext Alyansı – Ağıl və Ədalət Uğrunda" Partiyası) partiyasının təsisçisi Sara Vagenknext "X" sosial şəbəkəsində paylaşıb.
O, "Volkswagen" konserninin yaxın illərdə əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq planını şərh edərək bildirib: "Merz iş yerlərinin və rifahın kütləvi şəkildə məhv edilməsinə görə tarixə düşəcək", - deyə bildirib.
Vagenknext vurğulayıb ki, rəqabətqabiliyyətli enerji qiymətləri təmin edilmədən və ideologiyaya əsaslanan iqtisadi siyasətə son qoyulmadan Almaniyada deindustrializasiyanın qarşısını almaq mümkün olmayacaq. "Merz istefa verməlidir!" – deyə o əlavə edib.
Xatırladaq ki, Manager Magazin iqtisadi nəşri öz mənbələrinə istinadən xəbər verib ki, "Volkswagen" yaxın illərdə dünya üzrə 50 min deyil, 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır.
Nəşrin məlumatına görə, orta müddətli perspektivdə "Volkswagen"in Hannover, Tsvikkau və Emden şəhərlərindəki, eləcə də konsernin törəmə şirkəti "Audi"nin Nekkarzulmdakı zavodunun bağlanması da gündəmdədir.
Bizimyol.info






