Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada şirkətlər əlavə işçi ixtisarlarına hazırlaşır
Almaniyada şirkətlər əlavə işçi ixtisarlarına hazırlaşır

Almaniya şirkətləri daha çox iş yerini ixtisar etməyi planlaşdırır, ölkənin sənaye sektorunda məşğulluq vəziyyəti isə gərgin olaraq qalır.

Bizimyol.info xəbər verir ki, bu barədə Münhendə yerləşən İqtisadi Araşdırmalar İnstitutu (Ifo) məlumat yayıb.

İnstitut tərəfindən hesablanan məşğulluq barometri iyun ayında 93,9 bənddən 92,3 bəndə düşüb. "Ifo"nun sorğular şöbəsinin rəhbəri Klaus Volrabe bildirib ki, “əmək bazarı hələ də zəifdir” və Almaniya “dayanıqlı canlanmadan çox uzaqdır”.

Məlumata görə, məşğulluqla bağlı çətinliklər yalnız sənaye sektorunda deyil, həm də topdansatış və pərakəndə ticarətdə, eləcə də turizm daxil olmaqla xidmət sahələrində müşahidə olunur.

Son illərdə Almaniya iqtisadiyyatı uzunmüddətli böhranla üzləşib. Bu vəziyyət əvvəlcə COVID-19 pandemiyası ilə başlayıb, daha sonra Rusiyadan qaz tədarükünün dayandırılması və İran ətrafındakı geosiyasi gərginlik fonunda daha da dərinləşib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »