Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, hələ zirvə nöqtəsi deyil" – Budanov Polşa ilə münasibətlərdə gərginliyin arta biləcəyi barədə xəbərdarlıq etdi
"Bu, hələ zirvə nöqtəsi deyil" – Budanov Polşa ilə münasibətlərdə gərginliyin arta biləcəyi barədə xəbərdarlıq etdi

Ukrayna ilə Polşa arasında yaranmış gərginlik hələ ən yüksək həddə çatmayıb və qarşıdakı dövrdə daha da dərinləşə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Kiyev-Mohıla Akademiyasının tələbələri ilə görüşü zamanı bildirib.

Budanov vurğulayıb ki, tərəflər vəziyyəti nəzarət altına almasa, münasibətlər daha da mürəkkəbləşə bilər.

"Bu, klassik diplomatik gərginlikdir. Hələlik münaqişə deyil, fikir ayrılığıdır. İnanın mənə, bu, hələ zirvə nöqtəsi deyil. Əgər tərəflər bir qədər də dayanmasalar, vəziyyət daha da gərginləşəcək", – deyə o bildirib.

Xatırladaq ki, iyunun 19-da Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Vladimir Zelenskini "Ağ Qartal Ordeni"ndən məhrum edib. O, bu qərarı Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin "Şimal" Ayrı Xüsusi Əməliyyatlar Mərkəzinə "UPA Qəhrəmanları adına" fəxri ad verməsi ilə əsaslandırıb.

İyunun 20-də isə Zelenski ordeni "Nova Poçta" vasitəsilə Polşaya geri göndərib. O bildirib ki, bu rəmzin hələ də II Yekaterina, Benito Mussolini və Gerhard Şröder kimi şəxslərin adları ilə əlaqələndirildiyi bir vaxtda Polşa tərəfinin qərarına etiraz etmək istəmir.

Polşa Prezidenti Karol Navrotskinin kanselyariyasının naziri Aqneşka Yendjak isə Zelenskinin ordeni poçt vasitəsilə geri göndərməsini polyak xalqına qarşı növbəti təhqir kimi qiymətləndirib.

Budanov sonradan yenilənən açıqlamasında Zelenskinin ordeninin geri alınması ilə bağlı qərarı kəskin tənqid edib. "Mən bu vəziyyəti son dərəcə mənfi qiymətləndirirəm. Bu, səhvdir. Üstəlik, çox ciddi səhvdir", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, burada əsas problem qərarı qəbul edən şəxslərin siyasi yetkinlik nümayiş etdirməməsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »