Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Türkmənistan münasibətləri yeni mərhələdə
Azərbaycan və Türkmənistan münasibətləri yeni mərhələdə

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyəli görüşlərdə enerji, nəqliyyat, logistika və Xəzər dənizində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzuları olub.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin iki ölkə arasındakı strateji tərəfdaşlığı yeni mərhələyə daşıması gözlənilir. Tərəflər həm ikitərəfli, həm də regional formatlarda iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

  • Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın dərinləşməsi Orta Dəhlizin və Xəzər regionunun geoiqtisadi əhəmiyyətini necə dəyişə bilər?

Milli məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən, geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

“Bu gün rəsmi Bakı və Aşqabad arasında olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyindən irəli gəlir.

Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu təsisatlarla sıx əməkdaşlıq edirlər. Bu iki ölkə daim bir-birinin təşəbbüslərini dəstəkləyir.

Azərbaycanla Türkmənistanın bir-birinə dəstəyi özünü həm ikitərəfli, həm də çoxtərəfli formatda göstərir. Azərbaycan və Türkmənistan prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Keçən il dövlət başçıları həm Bakıda, həm də Aşqabadda görüşmüşdülər” deyən deputat bildirib".

Milli Məclisin deputatı onu da deyib ki, Azərbaycan və Türkmənistan prezidentlərinin Bakıdakı yüksək səviyyəli görüşlərində enerji, nəqliyyat, tranzit və Xəzər dənizində əməkdaşlığın strateji səviyyəyə qaldırılması müzakirə olunub. Tərəflər iqtisadiyyat, gömrük və energetika sahələrini əhatə edən 12 mühüm sənəd, o cümlədən yeni enerji sazişi və sənaye əməkdaşlığı proqramı imzalayıblar.

Müşfiq Cəfərov deyib: “Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri çərçivəsində 20-yə yaxın sənəd imzalandı. Enerji, kənd təsərrüfatı, elm-təhsil, turizm, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Türkmənistanın dövlət başçısının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşləri oldu. Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirildi. Bir sözlə, bu səfər Azərbaycan-Türkmənistan strateji əməkdaşlığını bir daha təsdiqləyərək onun inkişafına yeni təkan verdi. Hər iki prezident sənədlərin imzalanmasından sonra bəyanatla çıxış etdilər”.

Deputatın sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında enerji, nəqliyyat-logistika və birgə iqtisadi layihələrin inkişafını hədəfləyən genişmiqyaslı əməkdaşlıqlar planlaşdırılır: "Tərəflər Xəzər dənizindəki "Dostluq" yatağının birgə işlənilməsi, Transxəzər marşrutları üzrə tranzit imkanlarının artırılması və enerji resurslarının diversifikasiyası istiqamətində danışıqları intensivləşdiriblər".

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »