Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qüvvələrinin Konstantinovkaya daxil olduğu bildirilir
Rusiya qüvvələrinin Konstantinovkaya daxil olduğu bildirilir

Rusiya ordusu Donbasın strateji şəhərlərindən biri olan Konstantinovka ərazisinə daxil olub və şəhərə nəzarəti ələ keçirməyə çəhd edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya nəşri "The Telegraph" yazıb.

Məlumata görə, Ukrayna hərbçiləri şəhərin artıq “boş zona”ya çevrildiyini, yəni tam nəzarətin heç bir tərəfdə olmadığını bildirirlər. Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində şəhərin cənub-qərbində əməliyyatların gücləndirildiyini və Ukrayna bölmələrinin mühasirəyə alındığını iddia edir.

"The Telegraph" qeyd edir ki, bu inkişaf Rusiya ordusunun Konstantinovkanı mühasirəyə alaraq ələ keçirməyə çalışması ilə bağlı narahatlıqları artırır. Bu halda Kramatorsk və Slovyansk kimi Ukraynanın Donetsk vilayətindəki son əsas dayaq nöqtələrinə yolun açılması ehtimalı yaranır.

Şəhərdə döyüşən ukraynalı pilotsuz uçuş aparatı operatorlarından biri BBC-yə bildirib ki, şəhər mühitində daxil olan Rusiya qüvvələrini çıxarmaq olduqca çətindir və vəziyyət ciddi böhran xarakteri alıb. Məlumatlara görə, Rusiya əsgərləri artıq şəhərin bəzi şimal hissəsində də müşahidə olunur.

Eyni zamanda, Rusiya ordusunun şəhəri mühasirəyə almaq üçün cinahlardan irəlilədiyi və təchizat yollarını kəsməyə çalışdığı bildirilir. Ukrayna tərəfi isə Konstantinovkanın tam mühasirədə olması iddialarını rədd edir və vəziyyətin nəzarət altında olduğunu açıqlayır.

Ukrayna hərbi komandanlığı şəhər daxilində Rusiya qüvvələrinin məhdud sayda olduğlarını təsdiqləsə də, onların ciddi irəliləyiş əldə etmədiyini bildirir. Ekspertlər isə Konstantinovkanın hazırda “tarazlıq vəziyyətində” olduğunu qeyd edir və şəhərin taleyinin yaxın döyüşlərdən asılı olacağını vurğulayırlar.

Analitiklər hesab edirlər ki, şəhərin mümkün itkisi Ukrayna üçün strateji baxımdan çətinlik yarada bilər, lakin bu, bütün müdafiə xəttinin çökməsi demək olmayacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »