Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya bazarlarında neft bahalaşıb, Azərbaycan nefti 82.95 dollar olub
Dünya bazarlarında neft bahalaşıb, Azərbaycan nefti 82.95 dollar olub

Dünya bazarlarında neft bahalaşıb, eyni zamanda "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin də qiymətində artım müüşahidə edilib.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.89 dollar bahalaşaraq 82.95 ABŞ dolları olub.

Həmçinin Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 80,57 dollar olub. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı neftin bir barelinin qiyməti isə 0,94 dollar artaraq 77,54 dollara təklif edilib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 80.06 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Son xəbərlər
Bütün xəbərlər »