Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada müdafiə naziri Ukrayna münaqişəsinin bitməsi ilə bağlı danışıqlara başlanılmasını istəyir
Kanada müdafiə naziri Ukrayna münaqişəsinin bitməsi ilə bağlı danışıqlara başlanılmasını istəyir

Kanadanın milli müdafiə naziri David McGuinty bildirib ki, Ukraynada davam edən münaqişənin sona çatdırılması barədə müzakirələrə başlamağın vaxtı çatıb.

Bizimyol.info xəbər verir ki, o, bu fikirləri Brüsseldə NATO müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib:

“Bu müharibənin bitməsi barədə danışmağa başlamağın vaxtıdır. Çox sayda insan həyatını itirir.”

Bununla yanaşı, nazir qeyd edib ki, Kanada Ukraynaya lazımi hərbi dəstəyi verməyə davam edəcək. O, həmçinin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı şərh verməkdən imtina edib.

Xatırladılıb ki, may ayında Kanadanın xarici işlər naziri Anita Anand bəyan etmişdi ki, Ottava Ukraynaya hərbi, maliyyə və humanitar dəstək üçün artıq 25,5 milyard Kanada dolları (təxminən 18,5 milyard ABŞ dolları) xərcləyib və bu ölkə “Ukraynanın ən böyük donorlarından biri” hesab olunur. O, yardımın davam etdiriləcəyini də vurğulamışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »