Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk beş ayda Azərbaycanda yeni şirkətlərin qeydiyyatı 85% azalıb
İlk beş ayda Azərbaycanda yeni şirkətlərin qeydiyyatı 85% azalıb

Azərbaycanda yeni şirkətlərin yaradılması azalıb. Belə ki, 2026-cı ilin yanvar–may aylarında 910 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövründə qeydə alınmış 6 236 kommersiya qurumu ilə müqayisədə təxminən 85,4% azdır.

Bu barədə Dövlət Vergi Xidməti məlumat verib.

Bununla yanaşı, xarici investisiyalı şirkətlərin payı 10,9%-dən 11,8%-ə yüksəlib.

2026-cı il iyunun 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 709 921-ə çatıb. Onların 86,8%-i fiziki şəxslər, 13,2%-i isə hüquqi şəxslər və digər təşkilatlardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2%, fiziki şəxslərin sayı 5,1%, hüquqi şəxslərin sayı isə 5,9% artıb.

Hesabat dövrünün sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 209 205 təşkil edib ki. May ayında dövlət qeydiyyatından keçən 910 kommersiya qurumunun 88,2%-i yerli, 11,8%-i xarici investisiyalı olub. Yeni qeydiyyatdan keçən kommersiya qurumlarının 84,3%-i elektron qaydada qeydiyyata alınıb. Yanvar–may aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,1% təşkil edib.

İyunun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 92,2%-i məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında fəaliyyət göstərib.(banker)

Son xəbərlər
Bütün xəbərlər »