Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Səudiyyə Ərəbistanı və Qətər liderlərini G7 sammitinə dəvət edib
Makron Səudiyyə Ərəbistanı və Qətər liderlərini G7 sammitinə dəvət edib

Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı və Qətər liderlərini G7 (Böyük Yeddilik) ölkələrinin 16 iyunda keçiriləcək sammitinə dəvət edib.

Bizimyol.info xəbər verir ki, məlumatlara görə, Qətər əmiri Təmim bin Həməd Al Tani artıq iştirakını təsdiqləyib, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə hələ qərar verməyib.

Gözlənilir ki, Fars körfəzi ölkələrinin liderləri Hörmüz boğazında təhlükəsizlik və dəniz nəqliyyatının sərbəstliyinin bərpası mövzusuna həsr olunmuş xüsusi sessiyada iştirak edəcəklər. Müzakirələrə Misir prezidenti Əbdülfəttah əs-Sisi də qoşulacaq.

G7 sammiti Fransa kurort şəhəri Evian-le-Bendə keçiriləcək. Toplantı ABŞ prezidenti Donald Tramp da daxil olmaqla dünyanın aparıcı iqtisadiyyatlarının liderlərini bir araya gətirəcək. Sammitin əsas gündəmində Yaxın Şərqdəki gərginlik, dəniz ticarət yollarının təhlükəsizliyi və Rusiyanın Ukraynaya qarşı müharibəsi kimi kəskin beynəlxalq böhranlar olacaq.

Son aylarda Hörmüz boğazı dünya miqyasında əsas gərginlik nöqtələrindən biri olaraq qalır. ABŞ, İsrail və İran arasında eskalasiya fonunda strateji əhəmiyyətli bu dəniz marşrutu üzrə hərəkət ciddi şəkildə çətinləşib. Bu vəziyyət qlobal neft və enerji qiymətlərinə də təsir göstərib.

Fransa və Böyük Britaniya bölgədə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün beynəlxalq dəniz missiyasının yaradılmasını dəstəkləyir. Bununla belə, Avropa müttəfiqləri ilə ABŞ administrasiyası arasında boğazın mühafizəsi əməliyyatlarının miqyası ilə bağlı fikir ayrılıqları qalır.

Yaxın Şərq gündəliyindən əlavə, sammit iştirakçıları Ukraynaya dəstəyin davam etdirilməsi, qlobal iqtisadi vəziyyət və beynəlxalq ticarət məsələlərini də müzakirə edəcəklər. “Politico”nun məlumatına görə, Makron bu görüşdən ABŞ administrasiyası ilə dialoqu gücləndirmək və G7-dən kənar əsas tərəfdaşlarla əməkdaşlığı genişləndirmək üçün də istifadə etməyi planlaşdırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »