Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-də Nyu-York Universitetində irqi ayrı-seçkilik iddiaları üzrə araşdırma başlanıb
ABŞ-də Nyu-York Universitetində irqi ayrı-seçkilik iddiaları üzrə araşdırma başlanıb

Amerika Birləşmiş Ştatları Ədliyyə Nazirliyi Nyu-York Universiteti ilə bağlı irqi və milli mənsubiyyətə əsaslanan, “müsbət ayrı-seçkilik” adlandırılan qəbul və tələbə dəstəyi halları üzrə araşdırma başladıb.

Bizimyol.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, ABŞ Baş prokurorunun köməkçisi Harmit Dillonun sözlərinə görə, “irqi mənsubiyyət heç bir halda təhsil resurslarının bölüşdürülməsi ilə bağlı qərarlara təsir etməməlidir” və universitetlərin bir qrup tələbəyə digərləri hesabına üstünlük verməsi yolverilməzdir.

Söhbət bəzi hallarda irqi və etnik azlıqlara üstünlük verilməsini nəzərdə tutan “müsbət ayrı-seçkilik” siyasətindən gedir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Nyu-York Universitetində qaradərili tələbələr üçün xüsusi imtiyazlar nəzərdə tutan proqram mövcuddur.

Nyu-York Universiteti 1847-ci ildə təsis olunub. Hazırda burada təxminən 275 min tələbə təhsil alır. Məzunları arasında 13 Nobel mükafatı laureatı yer alır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »