Abbas Əraqçi ABŞ hərbçilərinin Yaxın Şərq ölkələrindən çıxmasını tələb edib və bölgədə gərginliyin artması fonunda sərt xəbərdarlıq edib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
“Bizim silahlı qüvvələrimiz heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz qalmaq istəyirsinizsə, regionumuzu tərk edin”, – deyə XİN rəhbəri bildirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı İran ərazisinə zərbələr endirildiyini açıqlayıb. Bu əməliyyat Hörmüz boğazı üzərində ABŞ-a məxsus “Apache” tipli helikopterin vurulmasından sonra həyata keçirilib.
Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücumlar təşkil edib. Vəziyyət bölgədə gərginliyin daha da artmasına səbəb olub.
Qadir, Bizimyol.info






