Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir dövrdə ölkələri yalnız hərbi güclə işğal etmək mümkün deyil
Müasir dövrdə ölkələri yalnız hərbi güclə işğal etmək mümkün deyil

Ukraynadakı müharibə göstərdi ki, müasir texnologiyalar böyük dövlətlərlə kiçik ölkələr arasındakı hərbi fərqi xeyli azaldıb və artıq ölkələri yalnız silah gücü ilə işğal etmək əvvəlki qədər mümkün deyil.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Məqalədə qeyd olunur ki, Ukrayna hərbi imkanlarına görə Rusiyadan zəif olsa da, cəbhə xəttini qorumağı və Rusiyanın dərinliklərinə zərbələr endirməyi bacarıb. Nəşrin fikrincə, pilotsuz uçuş aparatları və ucuz yüksək dəqiqlikli raketlər kimi texnologiyalar müharibələrin xarakterini dəyişib.

İtaliyanın müdafiə naziri Guido Krosetto bildirib ki, Rusiyanın Ukraynada həyata keçirmək istədiyi klassik işğal modeli artıq işlək deyil. “Əgər xalq müqavimət göstərməyə hazırdırsa, hətta böyük hərbi üstünlük belə ölkəni fəth etməyə kifayət etmir”, – deyə o vurğulayıb.

Niderland Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onno Eiçelşeym də hesab edir ki, müasir dünyada yalnız hərbi güc vasitəsilə rejim dəyişmək demək olar ki, mümkünsüzdür.

Məqalədə qeyd olunur ki, Ukrayna müharibəsi Çin tərəfindən də diqqətlə izlənilir. Çinli hərbi analitik Çou Bo bildirib ki, pilotsuz sistemlərin döyüş meydanında istifadəsi gələcək müharibələrin əsas istiqamətlərindən biridir.

Sinqapurlu analitik Bilahari Kausikan isə Ukraynanın əsas dərsinin Qərbin yardımı deyil, ukraynalıların öz müqaviməti olduğunu deyib.

Nəşr yazır ki, müharibə uzandıqca Ukrayna cəmiyyətində yorğunluq artsa da, ölkənin müqavimət əzmi hələ də qalır. Bununla yanaşı, ekspertlər hesab edirlər ki, müasir müharibələrdə uğur qazanmaq üçün ilk mərhələdə sürətli nəticə əldə etmək həlledici əhəmiyyət daşıyır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »