Vaşinqtonda Sülh Şurasının iclası keçirilir. Bu iclasda onlarla ölkə ya dövlət və hökumət başçıları səviyyəsində, yaxud xarici işlər nazirləri simasında iştirak edir. Avropa Komissiyası da Aralıq dənizi məsələləri üzrə komissarla təmsil olunur.
Ancaq Böyük Britaniya, Fransa, Almaniya, eləcə də, Çin bu iclasda yoxdur. Əlbəttə ki, Rusiya da iclasa qatılmayanlar arasındadır. İclas Qəzza böhranını müzakirə edir, İsrailin baş naziri deyil, xarici işlər naziri Vaşinqtondadır. Eyni zamanda Avropa Komissiyasının prezidenti də ABŞ prezidenti Donald Trampın çağırışına getməyib. Yalnız İtaliya müşahidəçi qismində toplantıya qatılıb.
İclasda Azərbaycan ən yüksək səviyyədə iştirak edir. Prezident İlham Əliyev dəvəti qəbul edib və Vaşinqtona gedib.
Çini və Rusiyanı anladıq, amma Avropanın aparıcı liderlərinin bu toplantıya getməməsi şəxsən mənə qəribə, anlaşllmaz görünür. Hətta daim dünyada sülhə, anlaşmaya çağıran Vatikan da iştirakdan imtina edib.
Qəribə görünən nədir?
Bu təşəbbüs, adından da göründüyü kimi, Sülh Şurasıdır. Trampdan əvvəlki administrayilar dövründə - istər İraqla bağlı olsun, istər Əfqanıstanla, Suiya ilə və sair bağlı olsun, ABŞ-dan hərbi koalisiya qurmaq çağırışı gələn kimi Avropa dövlətlərinin rəhbərləri sıraya düzülürdü; dərhal Vaşinqtonun təşəbbüsünə qoşulurdu. İndi Birləşmiş Ştatlar Sülh Şurası yaradır, aparıcı Avropalı liderlər yan gəzir. Adaç Sülh Şurası qurub, Müharibə Şurasə qurmayıb ki.
Çox maraqlıdır: müharibəyə çağıranda hamısı gəlir, sülhə çağıranda çoxu kənar qaçır. Dedikləri də budur ki, Sülh Şurası Birləşmiş Millətlər Təşkilatını (BMT) zəiflədə bilər.
BMT daha haraya qədər zəifləyə bilər ki?! Onsuz da iflic vəziyyətindədir. Heç bir münaqişənin qarısını ala bilmir, heç bir müharibəni dayandıra bilmir. Baş katib faktik fəaliyyətsizir, hərdən bir müraciət yayır, onu da saya salan olmur. Təhlükəsizlk Şurasının beş daimi üzvü var, beşi də bir-biri ilə yola getmir.
Əlbəttə, demirik, Sülh Şurası BMT-ni yaxşı mənada əvəz edəcək. Bunu zaman və dövlətlərin iradəsi göstərəcək. Hər halda iflic vəziyyətinə düşmüş BMT-nin yaratdığı boşluğu kimsə, necəsə doldurmalıdır, ya yox?! Sözdə hamı sülh istəyir, ancaq iş görməyə gələndə hamı çəkilir kənara.
1992-ci ilin martından 2020-ci ilin noyabrına qədər Azərbaycan da özlərini "sülh göyərçini" kimi göstərənləri görüb; ATƏT-in keçmiş Minsk Qrupunda təmsil olunanlar sözdə sülh üçün çalışdıqlarını desələr də, əməldə işğalın ömrünü uzatmaqla və işğal rejimini legitimləşdirməklə məşğul idilər. Azərbaycan özü öz gücünə BM-nin qətnamələrinin icra etdi və danışıqlar adı altında işğal rejimini legitimləşdirmək oyunlarına son qoydu. Azərbaycan prezidenti bu gün Vaşinqtondadır -Sülh Şurasının qurucu üzvü kimi iclasa qatılıb. Düz addım atıb.
Niyə?
Çünki müharibənin necə dəhşətli, sülhün necə qiymətli olduğunu yaxşı bilir. Ən azı öz təcrübəsindən.
Əlbəttə, Avropanın aparıcı dövlətləri də dağıdıcı müharibələrdən keçiblər. Elə Rusiya özü də yaxşı bilir, işğal nədir. Çin də bilir. Hamı bilir. Ancaq, görünür, bəzi səbəblər, ya da bəhanələr hər şeyin önünə keçir.
Dünyaya sülh lazımdır, təkcə Yaxın Şərqə deyil. Sülh Şurası da bütün mümkün uğurları və kəm-kəsirləri ilə birlikdə sülh üçün bir təşəbbüsdür, bir addımdır. Yəni bir şansdır. Dünya təkcə bir əsrdə iki qlobal müharibə görüb. Üçüncüsü də faktik davam edir. Bəs bu dünyanın, heç olmasa, elə o qlobal səviyyədə - hamılıqla bir sülh şansına haqqı çatmır?!
Sual ritorikdir.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





