Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təhlükəsizlik baxımından heyvanların pavilyonlara daxil olması qadağandır” - AYNA
“Təhlükəsizlik baxımından heyvanların pavilyonlara daxil olması qadağandır” - AYNA

14 yanvar axşam saat 8-9 radələrində bir vətəndaş tərəfindən çəkilərək paylaşılan şəkildə Azərbaycan Texniki Universiteti ilə üzbəüz yerləşən dayanacaq görünür. Dayanacaqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) loqosunun üzərinə heyvanların dayanacaqda durmasına qadağa işarəsi olan kağız yapışdırıldığı müşahidə olunur.

  • Bu qadağa Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsusdur, yoxsa dayanacağın təmizliyinə cavabdeh olan hər hansısa bir təmizlik qurumu tərəfindən yapışdırılıb?

Yaranan sualla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab göndərilib: “Təhlükəsizlik baxımından, vətəndaşların narahatlığının qarışısının alınması, eləcə də qapalı məkanda səliqə-səhmanın qorunması məqsədilə pavilyonlara heyvanların daxil olması qadağandır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »