“İranda etirazlar başlayandan sonra Donald Tramp İran hökümətinə xəbərdarlıq edib ki, əgər əvvəlki aksiyalarda olduğu kimi insanlar öldürülsə, o zaman ABŞ müdaxilə edərək, milləti himayə edəcək. Bu da İrandakı hakimiyyət daxilində böyük bir reaksiya yaradıb. Hökümətin başçıları çalışdı ki, ona cavab versinlər. Tramp yenidən öz fikirlərini təkrar etdi. Yəni İran öz əvvəlki siyasətinə davam etsə, ABŞ hərbi müdaxilə edə bilər və İran rejimi dağıla bilər”.
Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, Venesuela prezidenti Nikolas Maduro həbs olunandan sonra İran Donald Trampın əsas məsələlərindən birinə çevrilib: “Bununla bağlı Amerikalı siyasilər də yazır, fikir bildirirlər ki, Amerikanın İran haqqında fikirləri keçmişdəki kimi yumşaq deyil”.
Maşallah Rəzmi“Bayden və Obama dövründə olduğu kimi hakimiyyətə icazə verilməyəcək ki, əhali əzilsin. İran İslam Cümhuriyəti özündə bir dəyişiklik göstərmir. Hökümətin millətlə rəftarı günbəgün şiddətlənir. Hökümətdəki bəzi qüvvələr milləti özünə düşmən görür, əzir. Digər tərəfdən, İrandakı mövcud rejim xarici siyasətində də heç bir dəyişlik etmir”-deyən Maşallah Rəzmi bildirib ki, bu səbəbdən də ABŞ daha İranla müzakirələrə getmək istəmir.
Maşallah Rəzminin İran-ABŞ münasibətləri mövzusunda şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info






