ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin təsisçisi İlon Maskı sərvətinin 1 trilyon dolları ötməsi münasibətilə təbrik etdiyini bildirib.
Bizimyol.info xəbər verir ki, Tramp CNBC telekanalına müsahibəsində deyib ki, Maska təbrik məktubu göndərib.
"Mən ona məktub yazdım və belə qeyd etdim: "Təbrik edirəm, çox gözəl nəticədir", – deyə ABŞ Prezidenti bildirib.
Tramp əlavə edib ki, Maskla münasibətləri çox yaxşıdır. Bununla belə, o qeyd edib ki, administrasiyasının ABŞ-da bütün vətəndaşların məcburi şəkildə elektromobillərə keçməsini nəzərdə tutan siyasəti dəstəkləməməsi onların arasında müəyyən fikir ayrılığı yaradıb.
"İlon bundan məmnun deyil və mən bunu başa düşürəm. Amma onun işləri yaxşı gedir", – deyə Tramp vurğulayıb.
Bizimyol.info






