Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Avropa NATO-da təhlükəsizlik yükünü daha çox öz üzərinə götürür
Pentaqon: Avropa NATO-da təhlükəsizlik yükünü daha çox öz üzərinə götürür

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hesab edir ki, Vaşinqtonun Avropadakı NATO müttəfiqlərinin öz təhlükəsizliklərinin təmin olunmasında daha böyük məsuliyyət daşımasına yönəlmiş siyasəti uğurla həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası NATO-nun elə bir modelə keçməsinə çalışır ki, Avropa öz müdafiəsinin təmin edilməsində, nüvə silahları istisna olmaqla, əsas məsuliyyəti öz üzərinə götürsün. "Çoxları bunun mümkün olmadığını, Avropanın bu addımı atmayacağını və ya ata bilməyəcəyini deyirdi. Hazırda bunun əksini görürük", – deyə Kolbi vurğulayıb.

O əlavə edib ki, Vaşinqton NATO-nu müttəfiqlərin ABŞ-dən asılılığına deyil, tərəfdaşlığa əsaslanan alyans kimi görmək istəyir.

ABŞ Prezidenti Donald Tramp isə dəfələrlə NATO-nun fəaliyyətindən narazılığını ifadə edib. O, hələ prezident seçilməzdən əvvəl Avropalı müttəfiqlərin öz təhlükəsizliklərinin maliyyələşdirilməsində daha böyük pay götürməyəcəyi təqdirdə, ABŞ-nin alyansı tərk edə biləcəyini bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »