Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hizbullah: “Təslim olmağı qəbul etməyəcəyik”
Hizbullah: “Təslim olmağı qəbul etməyəcəyik”

Livan parlamentinin “Hizbullah” fraksiyasından olan deputat Həsən Fadlallah İsrailə qarşı sərt bəyanatla çıxış edib.

Bizimyol.info xəbər verir ki, o, Həytəm Əli Tabatabainin – təşkilatın qərargah rəisinin – zərərsizləşdirilməsinə bu şəkildə reaksiya verib.

“Biz müharibə istəmirik və ona can atmırıq, lakin düşmən qarşısında təslim olmağı qəbul etməyəcəyik”, – deyə o bildirib.

Hizbullah nümayəndəsinin sözlərinə görə, təşkilat Livanın “heç bir ad, şüar və ya təşəbbüs altında təslim olmasına” imkan verməyəcək.

Bundan əvvəl Hizbullah rəhbərlərindən Naeim Qasım Tabatabainin öldürülməsini “iyrənc cinayət” adlandırmış və təşkilatın buna cavab vermək hüququna malik olduğunu demişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »