İran Prezidenti Məsud Pezeşkian valyutanın denominasiyası haqqında fərman imzalayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Prezident Administrasiyası məlumat verib.
"İran İslam Respublikası Konstitusiyasının 123-cü maddəsinin tətbiqi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank Qanununun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan) edilən düzəlişin qüvvəyə minməsi barədə Mərkəzi Bankı məlumatlandırıb", - deyə administrasiyanın açıqlamasında qeyd edilib.
Təşəbbüsün əvvəllər dərc olunmuş mətninə görə, rial milli valyuta olaraq qalacaq.
Qeyri-rəsmi, lakin populyar valyuta olan "tümən"in milli valyuta vahidi kimi təsis edilməsi təklifləri dəstək qazana bilməyib. Rial 100 kerana bölünəcək ki, bu da 19-cu və 20-ci əsrin birinci üçdə birində İranda istifadədə olan milli valyutanın tarixi adını daşıyan daha kiçik bir vahiddir.
Parlament tərəfindən təsdiqlənmiş valyutaya tədricən keçid üç il çəkəcək və bu müddət ərzində həm köhnə, həm də yeni əskinasların dövriyyəyə buraxılmasına icazə veriləcək.
İranda yüksək inflyasiya (Mərkəzi Bankın sədri Məhəmməd Fərzinin sözlərinə görə, illik inflyasiya səviyyəsi 38,9%-ə çatıb) və rialın sürətlə zəifləməsi fonunda valyutasını yenidən denominasiya edir. 2025-ci ilin sentyabr-oktyabr aylarında İran rialı dollara qarşı rekord səviyyədə aşağı düşdü: qeyri-rəsmi məzənnə ilə bir dollar təxminən 1,17 milyon riala bərabər idi.
Qadir, Bizimyol.info






