Avtomobil qeydiyyat nişanları ilə bağlı yeni dəyişikliklər gündəmdədir. Dövlət Yol Polisi və müvafiq qurumların verdiyi məlumata əsasən, yaxın vaxtlarda regionlarda verilən avtomobil nömrələri artıq iki deyil, üç rəqəmlə başlayacaq və yeni nişanlarda defis (“-”) işarəsi olmayacaq, hamısı ardıcıl yazılacaq.
- Yeni nömrələmə sistemi və formatı sürücülərə və ümumilikdə, nəqliyyat sektoruna necə təsir edəcək?
- Bu, sürücülər və ya inzibati qurumlar üçün hansı üstünlükləri gətirəcək?
- Yeni nömrələmə sistemi köhnə nömrəyə sahib olan sürücülərə təsir edəcəkmi?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bundan sonra istehsal olunan avtomobillərə verilən nömrələrdə bu dəyişiklik ediləcək.
Eldəniz Cəfər“Dövlət nömrə nişanlarının forması, ölçüsü dəyişdirilmir, hamısı olduğu kimi qalır. Dəyişən sadəcə qeyd etdiyiniz kimi rəqəmlər sistemidir. Nömrələrdə rəqəm sisteminin dəyişdirilməsinin sürücülərə və yaxud yol hərəkətinə hər hansı bir təsiri yoxdur və olmayacaq. Bundan sonra istehsal olunan avtomobillərə verilən nömrələrdə bu dəyişiklik ediləcək. Mövcud olan nömrələr məcburi dəyişdirilməyəcək. Dövlət rüsumu da olduğu kimi qalır, heç nə dəyişmir. Yəni bu nömrələr bundan sonra veriləcək. Hazırda olan nömrələr dəyişdirilmir və heç bir xərc alınmayacaq”-deyə Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info






