Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: “Süni intellekt və robotlar yoxsulluğu aradan qaldıracaq”
Mask: “Süni intellekt və robotlar yoxsulluğu aradan qaldıracaq”

"Tesla", "SpaceX" və "xAI" şirkətlərinin baş direktoru İlon Mask süni intellekt və insanabənzər robotların gələcəkdə yoxsulluğu tamamilə aradan qaldıra biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Mask və "Nvidia"nın baş direktoru Censen Huang ABŞ–Səudiyyə Ərəbistanı İnvestisiya Forumu çərçivəsində keçirilən “Yeni üfüqlər: Texnologiyanın Gələcəyini Yenidən Formalaşdırmaq” adlı sessiyada çıxış ediblər.

Mask çıxışında "Tesla"nın istifadəyə yararlı ilk insanabənzər robotları istehsal edəcəyini və bunun böyük bir inqilab olacağını vurğulayıb.

İnsanabənzər robotların gələcəkdə nəhəng bir sənayeyə çevriləcəyini bildirən Mask: “Süni intellekt və insanabənzər robotlar yoxsulluğu aradan qaldıracaq”, - deyib.

"Tesla"nın bu sahədə öncül olacağını, lakin insanabənzər robot hazırlayan başqa şirkətlərin də ortaya çıxacağını qeyd edən Mask əlavə olaraq: “Hər kəsi varlı edə biləcək əsaslı bir yol varsa, o da süni intellekt və robotikadır”, - deyib.

O, yaxın 10–20 il ərzində işləməyin insanların şəxsi seçimindən asılı olacağını proqnozlaşdıraraq belə deyib: “Marketə gedib tərəvəz ala bilərsiniz və ya həyətdə özünüz əkə bilərsiniz. Həyətdə tərəvəz yetişdirmək daha çətindir, amma bunu sevən insanlar yenə də edirlər. İş də gələcəkdə eynilə belə — istəyə bağlı olacaq”.

Maskın sözlərinə görə, süni intellekt və robotikanın sürətli inkişafı nəticəsində müəyyən mərhələdə pulun əhəmiyyəti azalacaq.

Bundan əlavə, o, "xAI" şirkətinin Səudiyyə Ərəbistanında ölkənin süni intellekt təşəbbüsü olan "Humain" və "Nvidia" ilə birlikdə 500 meqavat gücündə məlumat mərkəzi quracağını açıqlayıb.

"Nvidia" rəhbəri Censen Huang isə Səudiyyə Ərəbistanı ilə birlikdə superkompüterlərin yaradılması istiqamətində iş apardıqlarını deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »