ABŞ prezidenti Donald Trampın administrasiyası, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Goddard" Kosmik Uçuş Mərkəzində çalışan işçilərinin üçdən birindən çoxunu işdən azad edib. Bu mərkəz, "Hubble" teleskopunu idarə edən əsas obyektlərdən biridir.
Bizimyol.info xəbər verir ki, "Bloomberg"in məlumatına görə, bu dəyişikliklər səbəbindən laboratoriyanın bəzi sahələri boş qalıb və onların ya sökülməsi, ya da icarəyə verilməsi planlaşdırılır.
Məlumata görə, "Goddard" Kosmik Uçuş Mərkəzi, Maryland ştatında yerləşir və Tramp administrasiyasının həyata keçirdiyi kütləvi ixtisarlar nəticəsində NASA-nın digər obyektləri ilə müqayisədə ən çox zərər çəkən mərkəz olub. Şirkətin daxilində yayılmış elektron məktubda bildirilir ki, hazırda mərkəzin işçi heyəti təxminən 6,6 min nəfərə enib. Əvvəllər isə burada 10 min nəfərdən çox işçi çalışırdı. Bu vəziyyətə görə, NASA istifadə edilməyən sahələrin sökülməsi və ya icarəyə verilməsi ehtimalını nəzərdən keçirir, xüsusilə mərkəzin qərb hissəsindəki sahələr nəzərdə tutulur, ki bu, kompleksin demək olar ki, yarısını təşkil edir.
"Godddard" Kosmik Uçuş Mərkəzində çalışan işçilər, yalnız "Hubble" teleskopunu deyil, həm də kosmik hava hadisələrinin araşdırılması və Günəş Sistemi, o cümlədən Marsın öyrənilməsi ilə bağlı missiyaları idarə edirlər.
May ayının əvvəlində, ABŞ administrasiyası NASA-nın 2026-cı maliyyə ili üçün büdcəsini təxminən dörddə bir nisbətində azaltmağı təklif edib. İdarə, növbəti maliyyə ili üçün Konqresdən 18,8 milyard dollar ayrılmasını istəyir. Halbuki, 2025-ci maliyyə ili üçün bu rəqəm 24,8 milyard dollardır. Beləliklə, NASA-nın büdcəsinin 24,3% azalması gözlənilir.
Qadir, Bizimyol.info






