Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ford Focus"un istehsalı dayanıb: Konveyerindən sonuncu avtomobil buraxıldı
"Ford Focus"un istehsalı dayanıb: Konveyerindən sonuncu avtomobil buraxıldı

"Ford" rəsmi olaraq "Focus" modelinin istehsalını dayandırıb. Sonuncu avtomobil 14 noyabrda Almaniyanın Saarlouis şəhərindəki zavodunda konveyerdən çıxıb.

Bizimyol.info xəbər verir ki, "Ford"un Avropa üzrə Korporativ Kommunikasiyalar Meneceri Volker Eiss "Motor1"ə bildirib.

O, məsələyə aydınlıq gətirib: "Sonuncu "Focus"un 14 noyabr cümə günü istehsal olunduğunu təsdiqləyə bilərəm. Bu, ağ rəngli beşqapılı hetçbek idi", - deyib.

Bu, şirkətin ən populyar Avropa modellərindən birinin 27 illik tarixinin sonudur. "Ford" əvvəllər "Fiesta", "Mondeo" və "Ka"nın istehsalını dayandırmışdı. İndi brendin Avropa seriyasında əsasən krossoverlər və kommersiya avtomobillərindən ibarət minik avtomobilləri demək olar ki, tamamilə yoxdur.

Əvvəllər şirkətin baş direktoru Cim Farli kompakt avtomobillərin çox az mənfəət əldə etdiyini və əlavə investisiyaları əsaslandıra bilməyəcəyini izah etmişdi. Bu qərarların fonunda "Ford"un Avropa bazarındakı payı azalmaqda davam edir: 2015-ci ildəki 7,2%-dən 2025-ci ilin sentyabrında 3,3%-ə qədər.

Mütəxəssislər şirkətin göstəricilərinin "Focus"un getməsindən sonra daha da aşağı düşə biləcəyini proqnozlaşdırırlar.

Media xəbərlərinə görə, "Ford" Avropa üçün yeni modellər hazırlasa da, bunlar əsasən krossoverlər olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »