Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana üz tutan əməkçi miqrantlar arasında yüksək ixtisasa malik olanlar və olmayanlar da var"
"Azərbaycana üz tutan əməkçi miqrantlar arasında yüksək ixtisasa malik olanlar və olmayanlar da var"

“Miqrasiya mübadiləsi, miqrasiya axınları və əmək miqrasiyası fenomeni dövlətlərarası münasibətlərdə hər zaman mövcud olub. Hətta bəzi dövlətlər belə sərhədlərdə dəmir pərdə çəkdiyi zamanlarda belə real olaraq miqrasiyanın hansısa elementləri özünü büruzə verirdi. Misal üçün disidentlər, emiqrantlar, bəzi hallarda əməkçimiqrantlar da olurdu. Dünya hələ iki qütbdən ibarət olduğu zaman kapitalist və sosialist düşərgəsindən ibarət olduğu zaman sosialist düşərgəsinin özündə ölkələri arasında belə miqrasiya mübadiləsi çox intensiv olub. Düzdür, bu kapitalist ölkələrinə sirayət etmirdi. Hər düşərgə daxilində bu kimi münasibətlər olub. İndi də Azərbaycan müstəqil bir respublika olaraq, eyni zamanda miqrasiya mübadiləsinin müxtəlif istiqamətlərdə və müxtəlif indikatorlar üzərində özünü büruzə verən ferabenə malikdir. Ölkənin çox böyük miqrant mübadiləsi, MDB ölkələri ilə yanaşı Türkiyə, Gürcüstanı və indi son zamanlar Avropa ölkələrinə də meyllər güclənir. Eyni zamanda Azərbaycana da gələn kifayət qədər sayda əməkçi miqrant var ki, onlar Azərbaycanda həyata keçirilən bir çox infrastruktur, tikinti, enerji layihələrinin icra olunduğunu görürlər və bu proses kifayət qədər də intensiv xarakter almaqdadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bu müstəvidə də özünü sınamaq istəyən əməkçi miqrantlar Azərbaycana üz tuturlar, bu miqrantlar arasında yüksək ixtisasa malik olan və olmayanlar da var.

Azər Allahverənov Azər Allahverənov

“İstənilən halda zaman zaman biz xaricdən gələn və burada əmək bazarında əmək fəaliyyəti ilə məşğul olmaq istəyən miqrantlarla bağlı bir yanaşmanın sərgilənməsini vacib sayırdıq ki, bu da əsas meyar olaraq onlar hansı ixtisasa malik olması ilə bağlı idi. Qanunvericilikdə yer almış dəyişiklikdən irəli gələrək yeniliyin tətbiq olunduğunu görürük. Şəxs yüksək ixtisasa malikdirsə, bunu sübuta yetirməlidir. Yəni təqdim etdiyi sənədlər də kifayət etmir”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »