Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marşal Adaları bayrağı altında üzən tanker İrana doğru istiqamətlənib
Marşal Adaları bayrağı altında üzən tanker İrana doğru istiqamətlənib

Britaniya dəniz təhlükəsizliyi şirkəti "Ambrey" bildirib ki, Birləşmiş Əərəb Əmirlikləindən (BƏƏ) Sinqapura gedən Marşal Adaları bayrağı altında üzən neft tankeri gözlənilmədən istiqamətini dəyişərək İranın ərazi sularına doğru hərəkət edib.

Bizimyol.info xəbər verir ki, hadisə Xor Fakkan limanından 22 dəniz mili şərqdə baş verib.

"Ambrey"də verilən məlumata görə, əvvəllər Hörmüz boğazından keçərkən gəmiyə üç kiçik qayıq yaxınlaşıb. Daha sonra tanker kursundan yayınaraq Oman körfəzinə daxil olub. Şirkət hesab edir ki, hərəkətlər "çox güman ki, qəsdən edilib".

"Şübhəli hadisə" barədə ilk məlumat verən Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Xor Fakkandan 20 dəniz mili məsafədə baş verən hadisə ilə bağlı xəbərdarlıq aldığını təsdiqləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »