Yaroslavl bölgəsinin Breytovo kəndində, Moskvadan və digər Rusiya bölgələrindən görünən meteorit, özəl bir evin üzərinə düşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat verib.
Göndərilən yazıya əlavə edilmiş fotoda, binaların damına düşən kosmik cisim göstərilib.
"İndi bu meteorit bu kəndin adı ilə adlandırılacaq — bu, Yerə düşən kosmik qonaqlar tapıldığında tətbiq edilən standart bir praktikadır" — deyə yazıda bildirilir.
Evdə hadisə zamanı insanların olub-olmaması barədə məlumat verilməyib. Zərərçəkənlər barədə də heç bir məlumat əldə etmək mümkün olmayıb.
"Mash"ın verdiyi məlumata görə, ümumilikdə təxminən 30 ədəd meteorit parçası tapılıb və onların çəkisi 200 qram olub.
Əvvəlcə, Vernadski adına Geokimya və Analitik Kimya İnstitutunun (GEOKHİ RAN) mətbuat xidməti, 27 oktyabrda Tver və Novqorod bölgələri üzərindən müşahidə edilən meteoritin ilk parçalarının tapıldığını açıqlayıb.
İnstitutdan bildirilib ki, tapılan parçalardan bəziləri daha dərindən tədqiqat aparılması üçün GEOKHİ RAN-ın meteoritika və kosmokimya laboratoriyasına, Dünya Tarixi Muzeyinə (Dedovsk şəhəri) və Yural Federal Universitetinə (Yekaterinburq) göndərilib.
Oktyabrın sonunda, Moskvada müşahidə olunan göy cisminin parçaları Tver və Novqorod ətrafında yerə düşüb.
Həmçinin, əvvəlki vaxtlarda Altayda naməlum bir uçan obyekt də müşahidə edilib.
Qadir, Bizimyol.info






