Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “Dövlət vəsaitləri sığorta şirkətlərinə deyil, birbaşa vətəndaşlara verilməlidir”
Tramp: “Dövlət vəsaitləri sığorta şirkətlərinə deyil, birbaşa vətəndaşlara verilməlidir”

ABŞ prezidenti Donald Tramp ölkənin tibbi sığorta sistemində islahatlar aparılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, səhiyyə xərcləri üçün ayrılan dövlət vəsaitləri böyük sığorta şirkətlərinə deyil, birbaşa vətəndaşlara yönəldilməlidir.

Bizimyol.info xəbər verir ki, Amerika prezidenti "Truth Social" sosial platformasında paylaşım edərək, keçmiş prezident Barak Obamanın dövründə tətbiq edilən və "Obamacare" kimi tanınan səhiyyə proqramını sərt tənqid edib.

“Mən Senatdakı respublikaçılara tövsiyə edirəm ki, hazırda pis bir səhiyyə sistemini xilas etmək üçün milyardlarla dolları pul soran sığorta şirkətlərinə verməkdənsə, bu vəsaitləri birbaşa insanlara versinlər. Beləcə, insanlar özlərinə daha keyfiyyətli tibbi xidmət göstərə bilərlər və üstəlik, artıq vəsait də qalacaq”, – deyə Tramp vurğulayıb.

Tramp əlavə edib ki, "Obamacare" proqramı "qiymət-keyfiyyət nisbətinə görə dünyanın ən səmərəsiz səhiyyə sistemi" hesab olunur: “Başqa sözlə, böyük və acgöz sığorta şirkətlərindən pulları almaq, insanlara vermək və bu uğursuz sistemi ləğv etmək lazımdır”, - deyə o qeyd edib.

Hazırda ABŞ Konqresində səhiyyə xərclərinin maliyyələşdirilməsi ilə bağlı demokratlar və respublikaçılar arasında razılıq əldə olunmaması federal hökumətin fəaliyyətinin qismən dayandırılmasına ("şatdaun") səbəb olub.

"Şatdaun" 1 oktyabr gecəsindən maliyyələşmənin dayandırılması ilə başlayıb. Tərəflər bir-birini siyasi məqsədlərlə vəziyyəti uzatmaqda ittiham edirlər.

Mövcud vəziyyət artıq ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması hesab olunur. Bu, 2018–2019-cu illərdə Trampın birinci prezidentlik dövründəki 35 günlük "şatdaun"un rekordunu geridə qoyub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »