Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Qərb ilə "birtərəfli oyun" bitdi
Putin: Qərb ilə "birtərəfli oyun" bitdi

"Qərb ilə bir tərəfli oyun" bitdi, Rusiya hərbi xərcləri təmin etmək üçün problemləri layiqincə həll edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarına cavab verərkən bildirib.

"Ondan yalnız bu məqamda (Donbas respublikalarının müstəqilliyini tanımaq) soruşurlar, niyə, nə oldu, necə oldu, onların (Qərb ölkələrinin) günahı nədir, sanki onlar hələ də uşaqlardır, sanki dünən dünyaya gəliblər. Bu, belə getməz. Qərb ilə bu bir tərəfli oyun bitdi", - deyə o qeyd edib.

"Əgər onlar öz xərclərini artırmaq istəyirlər, hərbi xərcləri, buyursunlar artırsınlar. Bu da onların aqressivliyindən xəbər verir. İndi niyə belə dediyimi izah edəcəyəm. Bəli, bizim də indiki hərbi xərclərimiz böyükdür, bu, ÜDM-nin 6,3%-i, bu çoxdurmu, azdırmı? Məncə, çoxdur. Və bu, əlbəttə, problemlərdən biridir, bunlar o cümlədən bizim həll etməli olduğumuz büdcə məsələsidir və biz bunları layiqincə həll edirik", - deyə Rusiya prezidenti bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »