Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər: Gənc atalar övladları dünyaya gələndən sonra depressiyadan əziyyət çəkirlər
Alimlər: Gənc atalar övladları dünyaya gələndən sonra depressiyadan əziyyət çəkirlər

Beynəlxalq alimlər qrupunun apardığı araşdırmalar göstərib ki, gənc atalar da övladlarının dünyaya gəlməsindən sonra depressiyanın inkişaf riski ilə üzləşirlər. Mütəxəssislərin sözlərinə görə, bu vəziyyətin kişilərdəki klinik əlamətləri qadınlarda müşahidə olunan simptomlardan əhəmiyyətli dərəcədə fərqlənir.

Bizimyol.info xəbər verir ki, Alimlər nüfuzlu elmi bazalarda dərc edilmiş genişmiqyaslı tədqiqatların nəticələrinə əsaslanıblar. "JAMA Psychiatry" jurnalında yayımlanan araşdırmaya görə, gənc ataların təxminən 8–10 faizi atalıqla bağlı doğuşdan sonrakı depressiyadan (PPND) əziyyət çəkir.

Ekspertlər bildirirlər ki, kişilərdə simptomlar adətən uşağın doğulmasından 3–6 ay sonra daha qabarıq şəkildə özünü göstərir. ABŞ Milli Biotexnologiya Məlumatları Mərkəzinin (NCBI) portalında dərc olunan meta-analizlər də kişilərdə depressiyanın özünəməxsus xüsusiyyətlərini ətraflı təsvir edir.

Araşdırmaya əsasən, qadınlarda doğuşdan sonrakı depressiyanın əsas əlamətləri ruh düşkünlüyü, xroniki yorğunluq, tez-tez ağlama və körpəyə qarşı güclü günahkarlıq hissidirsə, kişilərdə bu vəziyyət daha çox destruktiv davranışlarla özünü göstərir.

Gənc atalar daha çox əsəbilik, gizli aqressiya, kinayəli davranış, alkoqoldan sui-istifadə və ya həddindən artıq işə qapanma meyli nümayiş etdirirlər. Aşkar kədər və ümidsizlik əlamətlərinin az müşahidə olunması səbəbindən kişilərdə doğuşdan sonrakı depressiya daha gec diaqnoz qoyulur və bu da vaxtında psixoloji yardım göstərilməsini çətinləşdirir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »