Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir
ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr və havada yanacaq dolduran təyyarələr göndərir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, bölgəyə Almaniyadakı "Şpanqdahlem" aviabazasından "F-16", Böyük Britaniyadakı Leykenhit aviabazasından isə "F-35" qırıcıları göndərilir. Nəşr həmçinin bildirir ki, havada yanacaq dolduran təyyarələr də Yaxın Şərqə istiqamətləndirilir.

ABŞ-İran qarşıdurmasının növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə dalğa hava zərbəsi endirib. Vaşinqton bu əməliyyatın Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq həyata keçirildiyini bəyan edib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəs rejiminin başa çatdığını açıqlayıb.

Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »