Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Küveytdəki ABŞ bazalarına zərbələr endirib
İran Küveytdəki ABŞ bazalarına zərbələr endirib

İran ABŞ-ın İran şəhərlərinə endirdiyi zərbələrə cavab olaraq Küveytdə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinə istinadən Mehr agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran hərbçiləri əmirlik ərazisində yerləşən iki ABŞ hərbi bazasındakı sursat anbarlarına və hava hücumundan müdafiə (HHM) radar sistemlərinə zərbələr endiriblər.

Bundan əvvəl "Mehr" ABŞ Silahlı Qüvvələrinin İranın Bəndər-Abbas, Sirik və Hacıabad şəhərlərinə, eləcə də Hörmüz boğazında yerləşən Keşm adasına hava zərbələri endirdiyini bildirmişdi.

ABŞ-İran qarşıdurmasının növbəti gərginləşmə mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə hava zərbəsi endirib. Vaşinqton bu əməliyyatları Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi izah edib.

Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla əldə olunmuş atəşkəsin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »