ABŞ hərbi qüvvələri İran ərazisinə növbəti hava zərbələri seriyasını davam etdirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Komandanlığın "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirilir ki, "ABŞ-ın Şərq sahili vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə iyulun 19-u saat 02:00-da) ABŞ Silahlı Qüvvələri İrana qarşı hava zərbələrini yenidən həyata keçirməyə başlayıb".
Komandanlığın bəyanatına görə, əməliyyatın məqsədi İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə təhlükə yaratmaq imkanlarını zəiflətmək, həmçinin ötən gecə İordaniyada ABŞ hərbçilərinə qarşı hücumlara görə İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) cəzalandırmaqdır.
Bizimyol.info






