Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-nin İranda itkilərini Vyetnam və Əfqanıstan müharibələri ilə müqayisə edib
Tramp ABŞ-nin İranda itkilərini Vyetnam və Əfqanıstan müharibələri ilə müqayisə edib

ABŞ Prezidenti Donald Tramp İordaniyada İranın endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçinin həlak olmasından sonra bildirib ki, ABŞ-nin İranla münaqişədə verdiyi itkilər Vyetnam və Əfqanıstan müharibələrindəki itkilərlə müqayisədə xeyli azdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.

"Vyetnamda nə qədər insanın öldüyünü heç soruşmusunuz? Əfqanıstanda bir gün ərzində neçə nəfərin həlak olduğunu heç soruşmusunuz?" – deyə bildirib.

"Bu, faciədir. Lakin onlar İranın nüvə silahına sahib olmasını və Yaxın Şərqin məhv edilməsini istəmədikləri üçün həyatlarını itirdilər", – deyə ABŞ prezidenti əlavə edib. O, həlak olan iki hərbçinin ailələri ilə əlaqə saxlayacağını da vurğulayıb.

Tramp bu açıqlamanı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının yaydığı bəyanata münasibət olaraq verib. Bəyanatda qeyd olunur ki, İordaniyada iki amerikalı hərbçi İranın ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumun dəf edilməsi zamanı həlak olub. Daha bir hərbçi itkin düşmüş hesab olunur, dörd nəfər xəstəxanaya yerləşdirilib, bir neçə hərbçi isə yüngül xəsarət alıb.

"Associated Press" agentliyinin məlumatına görə, ABŞ ilə İran arasında münaqişə başlayandan bəri 16 amerikalı hərbçi həlak olub, 450-dən çox hərbçi isə yaralanıb. Müqayisə üçün qeyd edilir ki, Vyetnam müharibəsində 58 mindən çox, Əfqanıstan müharibəsində isə 2,4 mindən artıq amerikalı həyatını itirib.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »