Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
HİV-in müalicəsində tarixi yenilik, peyvənd ABŞ-da təsdiqlənib
HİV-in müalicəsində tarixi yenilik, peyvənd ABŞ-da təsdiqlənib

ABŞ Qida və Dərman İdarəsi (QDİ) HİV-in qarşısının alınması üçün Yeztuqo (lenakapavir) dərmanını təsdiqləyib. Tərtibatçıların özlərinin verdikləri məlumata görə, peyvəndin effektivliyi 99%-dən çoxdur, lakin onun ildə iki dəfə vurulması lazımdır.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verilib.

“Bu, HİV-ə qarşı uzunmüddətli mübarizədə tarixi bir gündür. Yeztuqo zəmanəmizin ən mühüm elmi nailiyyətlərindən biridir, HİV epidemiyasına son qoymağa kömək etmək üçün real fürsət təqdim edir”, - deyə "Gilead Sciences"in sədri və baş direktoru Daniel O'Day bildirib.

Belə ki, yeni lenakapavir preparatı yoluxma riski yüksək olan insanlarda yoluxma riskini demək olar ki, tamamilə aradan qaldırır. Yeni dərman effektivliyinə görə bütün digər profilaktik tədbirləri üstələyib.

QİÇS Araşdırmaları Fondunun "amfAR"ın İctimai Siyasət Direktoru Greg Millett, ixtira edilmiş peyvəndin "HİV-in ötürülməsinə son qoymağa" qadir olduğunu qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »