"Facemark" və "İNCİ - İşgüzar xanımların ünsiyyət klubu"nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan Sarayında Qadın Liderləri Zirvəsi keçirilib. Tədbir "Fərqlərin Bərabərliyi" konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirib.
Zirvənin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin sədri Məleykə Abbaszadə çıxış edib. Sədr, qadınların son 15 ildə yeni ixtisaslara yiyələnməsindən bəhs edib.
Məleykə Abbaszadə“Əvvəllər qadınlar müəllim, həkim kimi ixtisasları seçirdilər. Artıq qadınlar özlərini bir çox sahələrdə görürlər. Mühəndis, İKT mütəxəssisi və s. müxtəlif sahələrə üz tuturlar. Bu da çox sevindirici haldır. Bütün qadınlara səslənirəm. Harda olmağınızdan asılı olmayaraq, əsas odur xoşbəxt olun”,-deyə Məleykə Abbaszadə bildirib.
Leyla, Bizimyol.info






