Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ANS-in keçmiş prezidentinin mağazasından 80 minlik saat oğurlayan Çin vətəndaşları məhkəmə qarşısında
ANS-in keçmiş prezidentinin mağazasından 80 minlik saat oğurlayan Çin vətəndaşları məhkəmə qarşısında

ANS teleradio şirkətinin keçmiş prezidenti Vahid Mustafayevə məxsus, bahalı qol saatlarının satıldığı “VMF Continental” mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bo-nun məhkəməsi başlayıb.

Bizimyol.info xəbər verir ki, Çin vətəndaşı 1977-ci il təvəllüdlü Zhang Guomin və Liu Bo-nun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Martın 3-də hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə onların işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onların hüquq və vəzifələri izah edilib. Təqsirləndirilən şəxslər Azərbaycan dilini bilmədiklərinə görə onlar Çin dilini bilən tərcüməçi ilə təmin ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla) maddəsilə ittiham olunurlar.

Hadisə oktyabrın 9-da, saat 17.00 radələrində Bakının Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən“VMF Continental” mağazasında baş verib.

Müştəri qismində mağazaya gələn xarici vətəndaş “BREGUET Tourbillion” markalı qol saatını oğurlayıb aparıb.

VMF Şirkətinin Baş direktoru Aida Əliyeva hadisədən sonra yaydığı açıqlamada bildirib ki, saat “bu sahədə “ixtisaslaşmış” beynəlxalq səviyyəli Çin oğru dəstəsi tərəfindən oğurlanıb”. Saatı oğurlamaqda şübhəli bilinənlər qısa müddətdə hava limanında saxlanılıb.

Aidə Əliyeva onu da qeyd edib ki, oğurlanan saatın qiyməti 80 min manat civarındadır.

Çin vətəndaşlarının işi üzrə məhkəmə baxışı martın 12-ə təyin olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »