Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacaq
Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacaq

Fransa Cumhurbaşkanı Emmanuel Macron, gelecek yıllarda yapay zeka alanında 109 milyar euroluk yatırım yapacaklarını duyurdu.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Makron Fransa və Hindistanın həmsədrliyi ilə bu gün Parisdə keçiriləcək beynəlxalq Süni İntellekt Fəaliyyət Sammiti öncəsi Fransanın "France 2" telekanalına verdiyi müsahibədə bu sahəyə qoyacaqları sərmayələrlə bağlı açıqlama verib.

Önümüzdəki illərdə Fransada süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayacaqlarını ifadə edən Makron ABŞ-ın "Stargate" layihəsinə "ekvivalent" olacaq.

Makron süni intellekt sahəsində dövlət və özəl sektor aktorları arasında əməkdaşlığı təmin edən “qlobal tənzimləmə”nin tətbiqinə və ölkəsinin bu “yeni tərəqqi erasında” iştirakına çağırıb.

Emmanuel Makron həmçinin bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gəncin olduğunu və bu rəqəmin 100 minə yüksələcəyini bildirib.

Fransanın paytaxtı Parisdə Grand Palaisdə bu gün başlayacaq və sabah başa çatacaq Süni İntellekt Fəaliyyət Sammitinə bir çox dövlət başçıları və nazirlərin, eləcə də aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin qatılacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »