Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ancelina Coli və Bred Pitt 8 illik mübarizədən sonra nəhayət boşanırlar
Ancelina Coli və Bred Pitt 8 illik mübarizədən sonra nəhayət boşanırlar

Hollivud aktyorları Ancelina Coli və Bred Pitt boşanmalarına dair razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “People” jurnalı məlumat yayıb.

“2016-cı ildə ayrılan aktyorlar dekabrın 30-da, bazar ertəsi günü boşanmaq üçün ərizə veriblər”, – deyə nəşr yazıb.

Qeyd olunur ki, Coli və Pitt ayrılıq elan edildikdən 8 ildən çox müddət keçdikdən sonra boşanma sənədləri imzalayıblar.

Colinin vəkillərinin dediyinə görə, 49 yaşlı Coli və 61 yaşlı Pitt dekabrın 30-u bazar ertəsi günü boşanma haqqında sənədə imza atıblar: “Səkkiz ildən çox müddətdir ki, Ancelina Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. O və uşaqlar cənab Pittlə birgə yaşadıqları bütün mülkləri tərk ediblər. Bu, səkkiz il əvvəl başlayan uzun davam edən prosesin yalnız bir hissəsidir. Açığını deyim ki, Ancelina yorğundur, lakin bu bir hissənin bitdiyi üçün rahatlaşıb”, – deyə Colinin vəkili Ceyms Simon “People”a verdiyi açıqlamada qeyd edib.

“Tərəflər və onların vəkilləri bütün məhkəmə sənədlərini məxfi saxlamaq və hər hansı zəruri hüquqi qərarların qəbul edilməsi, eləcə də qalan məsələlərin tez bir zamanda həllinə kömək etmək üçün xüsusi hakimin cəlb edilməsi yolu ilə uşaqlarının, ailələrinin şəxsi toxunulmazlıq hüquqlarını qorumaq üçün müqavilələr imzalayıblar”, - deyə bildirilir.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli 2014-cü ildə rəsmi nikaha daxil olublar və ilk dəfə 2016-cı ildə boşanma qərarlarını açıqlayıblar. Keçmiş cütlüyün birlikdə beş övladı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »