Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəqliyyatda inkülizivlik tədbirləri görülür, vağzallarda təmir-bərpa işləri aparılır" - Video
"Nəqliyyatda inkülizivlik tədbirləri görülür, vağzallarda təmir-bərpa işləri aparılır" - Video

Ötən gün - 1 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC COP29 konfransı öncəsi görülən tədbirlərlə bağlı mediatur keçirib. Mediatur çərçivəsində jurnalistlər görülən işlərlə tanış olub.

Bizimyol.info xəbər verir ki, ADY kommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova jurnalistlərə açıqlama verib. Şöbə rəhbəri bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC dayanıqlılıq üzrə 2023-cü ili əhatə edən hesabatını dərc edib və qeyd edilib ki, bu hesabat ictimai nəqliyyat üzrə Azərbaycanda hazırlanan ilk dayanıqlılıq hesabatıdır.

Aybəniz İsmayılova / Foto: İradə Cəlil, Bizimyol.info Aybəniz İsmayılova / Foto: İradə Cəlil, Bizimyol.info

“ADY dayanıqlılığı özünə bir dəyər kimi qəbul edib. Bu çərçivədə ətraf mühitin mühafizəsi üçün məsuliyyətini qəbul edir və yöndə işlərini davam etdirir. Eyni zamanda nəqliyyatda inkülizivlik tədbirlərinin görülməsi ilə bağlı kifayət qədər işlər icra olunur. Görmə məhdudiyyəti və fiziki məhdudiyyəti olan sərnişinlər üçün marşrut boyu xeyli işlər görülüb. Bunlardan biri taktil döşəmələrin yenilənməsi ilə əlaqədardır. Liftlərin, eskalatorun plandankənar texniki baxışın keçirilməsi həyata keçirilib”-deyən Aybəniz İsmayılova bildirib ki, görülən bütün işlərə məsuliyyətlə yanaşılır.

Şöbə rəhbəri bildirib ki, inklüziv cəmiyyət yaratmaq üçün bütün xidmətlər tətbiq edilir.

Xatırladaq ki, bütün stansiya və vağzallarda panduslar yoxlanılıb və Biləcəri stansiyasında əlavə pandus quraşdırılıb. Həmçinin, Gəncə və Qəbələ vağzallarında təmir-bərpa işləri həyata keçirilib. Bakı və Sumqayıt vağzallarında fəaliyyət göstərən tibb məntəqələrində gücləndirilmiş iş rejiminin tətbiqinə başlanıb.

Bakı və Sumqayıt vağzallarında, eləcə də Koroğlu və Pirşağı stansiyalarında kəsintisiz internet bağlantısı təmin edən pulsuz “Wi-Fi” zonalarında internetin keyfiyyəti təkmilləşdirilib. Bununla yanaşı, qatarlarda yenicə istifadəyə verilmiş pulsuz internet xidmətinin keyfiyyətinə müntəzəm nəzarət təşkil edilir. Eyni zamanda, sərnişin daşımaları üçün istifadə edilən qatarların monitorları COP29 mövzusuna uyğun vizual materiallarla brendləşdirilib və qatarlarda əsaslı kimyəvi təmizləmə işləri həyata keçirilib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »