11 oktyabr tarixində “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyəti sədri, İdarə Heyəti üzvləri, işçi heyəti və üzvləri ilə birgə, RMİD-in dəyərli üzvü olan “İTS Tour” MMC-nin direktoru Elxan Həsənovun ofisini ziyarət edərək şirkətin fəaliyyəti ilə yaxından tanış oldular.
Bizimyol.info “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, ictimai birlik üzvlərlə görüş çərçivəsində turizm sektorunda fəaliyyət göstərən üzvü “İTS Tour” MMC şirkətinə ofis ziyarəti təşkil edib.
Foto: “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi
“İTS Tour” MMC 2019-cu ildən rəsmi fəaliyyətə başlamışdır və şirkət turizm sektorunda gözlənilən xidmətləri təklif edir: vizaların alınması dəstəyi, sığorta xidmətləri, transferin təşkil olunması və müxtəlif tur paketlərinin hazırlanması, eləcə də aviabilet satışları. Şirkət turizm sektorunda və müştəriləri arasında etibar qazanıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.
“Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyi “İTS Tour” MMC-yə fəaliyyətlərində uğurlar diləyir və əməkdaşlığın davamlı olmasını arzulayır.
Qeyd edək ki, Bizimyol.info xəbər portalı “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin üzvüdür.






