Bu gün qəribə qadağalar üçün Malayziyaya gedirik. Səyahət etməyi sevən birisinizsə və Malayziya planlarınızdadırsa, çamadanınızı yığarkən sarı paltar almamağınız daha yaxşıdır, çünki hətta deportasiya oluna bilərsiniz.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2015-ci ildən ölkədə sarı paltar geyinmək qadağan edilib.
Bəs səbəb nədir və onu geyinənlər nə ilə üzləşirlər?
Malayziyada sarıya qadağa qoyulması birbaşa siyasətlə bağlıdır
Malayziya xalqı öz sultanına və qüdrətinə normal yanaşırdı, amma korrupsioner baş nazirə etibar etmirdi. Onlar vətənpərvərlik hissi ilə 2007-ci ildə Bersih Hərəkatına başlayıblar.
Malay dilində “təmiz” mənasını verən Bersihin məqsədi seçkiləri daha ədalətli və şəffaf keçirmək olub. Etirazçıların çoxu bu hərəkatı təmsil etmək üçün sarı paltar geyinməyi seçib.
2007-ci ildən sonra 2011, 2012 və 2015-ci illərdə böyük etiraz aksiyaları keçirilib və şəhərin yarısı küçələrə çıxıb. Sarı rəngli maykalar geyilib, baş bandı taxılıb, hamısı Bersih deyib. Bəzi şirkətlər hətta bu hərəkatdan sərvət də qazanıblar.
2015-ci ildə hökumət qəti şəkildə qərar verib
O zamankı hökumət rəhbəri Nəcib Tun Razak sarı rəngi üsyan və müxalifətin simvolu kimi qəbul edib və fərman verib. İçərisində Bersih sözü olan hər hansı sarı paltar, mitinqə səbəb olacaq digər çap materialları və vərəqələr qadağan edilib.
2018-ci ildə hərəkata başlayanlar məqsədlərinə çatdılar. Baş nazir seçkidə uduzdu və iki il sonra mühakimə olundu. Lakin bu, sarı qadağaya təsir etməyib və onun fərmanı ləğv edilməyib.
Səyahət etməyi planlaşdıranların nəzərinə!
Bu qayda təkcə malayziyalılara deyil, turistlərə də aiddir. Əgər kimsə küçədə sarı paltar geyinirsə, o, polis tərəfindən həbs oluna, xeyli miqdarda cərimə və bəzi hallarda həbs oluna bilər. Bundan əlavə, əcnəbilər də deportasiyaya məruz qalırlar.
Malayziyaya səyahət etməzdən əvvəl, indi çamadanınızı buna uyğun təşkil edə və mümkün zəhlətökən anlardan qurtularaq səyahətinizdən həzz ala bilərsiniz.
Qadir, Bizimyol.info






